28 İyun 2021 09:36
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu AVRO-2020-nin 1/8 finalında Belçikaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra kapitan sarğısını qazona atıb.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı hücumçunun yığmanın heyətində qol sayı üzrə dünya rekorduna imza atması üçün bir qolu çatmayıb. Ronaldu milli komanda forması ilə indiyədək 109 qol vurub.

Qeyd edək ki, 1/8 final matçında yeganə qolu uzaqdan zərbə ilə Torqan Azar vurub.

Kriştianu Ronaldu daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər