Türkiyədə idman yarışları azarkeşlərlə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Onun sözlərinə görə, idman müsabiqələri tamaşaçı sayı təyin edilərək oynanılacaq.
Beləliklə, 2021/2022 mövsümündə Türkiyə Super Liqası azarkeşlərin iştirakı ilə baş tutacaq.