Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.
"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.
1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.