4 İyul 2021 08:44
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə “Avro-2020”nin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Danimarka millisinin futbolçusu Tomas Delaney görüşün ən yaxşısı seçilib.

T.Delaney Çexiya millisi ilə matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, Danimarka millisi 1992-ci ildən bəri ilk dəfədir Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər