7 İyul 2021 23:42
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.

Teleqraf.com xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib.

27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.

Qarşılaşma “Legiya” 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər