10 İyul 2021 17:32
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Londondakı "Uembli" stadionunda Danimarkaya qarşı Avropa çempionatının yarımfinal oyunu zamaı yerli azarkeşlərin rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salması, himnə hörmətsizlik etməsi və priotexniki vasitələrdən istifadəsi səbəb olub.

Nəticədə quruma 30 000 avro cərimə kəsilib.

Qeyd edək ki, sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığmasına rəqib olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər