Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama matçı keçirib.
Teleqraf.com-un məlumatına görə, rəqib Rusiyanın "Arsenal" (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb - 1:0.