Azərbaycan olimpiyaçıları Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Atletlər Kəndində Türkiyə idmançıları ilə eyni binada qalacaq.
Bu barədə Teleqraf.com-a Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı məlumat verib.
Onun sözlərinə görə, türkiyəli idmançıların sayı 108 nəfər olacaq: "Azərbaycan qardaş ölkə ilə yanaşı, Peru, Meksika və Çili ilə də qonşu olacaq. Yəni, sözügedən dövlətlərin idmançıları da həmin binada məskunlaşacaqlar".
Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçiriləcək. Azərbaycanı olimpiadada 44 idmançı təmsil edəcək.