Meksikanın San-Andres-Çolula şəhərciyində yaşayan argentinalı Marselo Sankador ölkədə ilk, dünyada isə ikinci Maradona kilsəsi açıb.
Teleqraf.com xəbər verir ki, o, futbol azarkeşlərinə Katolik kilsələrinə alternativ olaraq buranı ziyarət etməyi təklif edib.
Kilsə futbol əfsanəsi Dieqo Maradonanın fotoları ilə doludur. Kilsənin yaradıcısı Maradonanı “Futbolun Allahı” adlandırıb. Onun sözlərinə görə, xristian, katolik kilsəsinə getmək istəməyənlər hər zaman Dieqonun həyatından arxiv görüntülərin əks olunduğu məbədə gələrək, futboldan bəhs edə, dostları ilə qəhvə içə biləcəklər.
“Bu, futbola olan sevgidir, biz Maradonanı sevirik və qiymətləndiririk. Biz hamımız, bütün argentinalılar onun bizim üçün nə etdiklərini bilirik – nə olursa olsun, o bizim kimliyimizi təsdiqlədi”, - deyə Sankador televiziya kanallarına verdiyi müsahibədə bildirib.