Gələn həftə start götürəcək Tokio-2020 Yay Olimpiya oyunlarını 200 ölkədən 16 minə yaxın jurnalist işıqlandıracaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Yaponiya mətbuatı bildirib.
Qeyd olunur ki, tədbirdə iştirak edəcək jurnalistlərin 70-80 faizinin peyvənd olunması gözlənilir.
Karantin qaydalarına əsasən, Yaponiyaya gələn xarici jurnalistlər 14 gün müddətində ictimai nəqliyyatdan istifadə etməməlidir.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya oyunları koronavirus pandemiyasına görə bu ilə təxirə salınmışdı. Yarışlar iyulun 23-dən avqustun 8-dək tamaşaçısız keçiriləcək.