Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.
Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib.
Nəticədə matç penaltilərə qədər uzanıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan "Rakov" (4-3) qalib gəlib.
"Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.