21 İyul 2021 09:07
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bununla da raundun ilk oyunlarına yekun vurulacaq.

Günün ilk oyunu Qazaxıstanda "Kayrat" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında baş tutacaq. Asim Xudiyevin hakim-inspektor olacağı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşəcək. Türkiyə "Qalatasaray"ı avrokubok mövsümünə PSV matçı ilə start verəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu saatda həmçinin "Olimpiakos" (Yunanıstan) - "Neftçi" və "Legiya" (Polşa) - "Flora" (Estoniya) qarşılaşmaları oynanılacaq. Bakı klubu çətin Yunanıstan səfərində, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.

"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya)

22:00. Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)

22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan)

23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya)

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu ötən gün keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər