Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.
Teleqraf.com xəbər verir ki, on altıdabir finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla tay-brekdə qarşılaşıb. Rəqibini 4:2 hesabla məğlubiyyətə uğradan şahmatçımız səkkizdəbir finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya kubokuna qatılan Azərbaycanın 7 şahmatçısından 6-sı (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.