25 İyul 2021 01:32
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

Teleqraf.com xəbər verir ki, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq.

Eləcə də 63 kq çəki dərəcəsində yer alan boksçu Cavid Çələbiyev rinqə çıxacaq.

Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

İdman gimnastikası

05:00. Təsnifat. Marina Nekrasova

Boks

63 kq

08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

Cüdo

66 kq

06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)

Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 10 idmançıdan 8-i olimpiada ilə vidalaşıb.


Müəllif: Teleqraf.com