25 İyul 2021 20:13
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar mükafatlandırma mərasimində maskalarını müvəqqəti olaraq çıxarmaq imkanı əldə edəcəklər.

Teleqraf.com xəbər verir ki, müvafiq protokolu Beynəlxalq Olimpiya Komitəsi təsdiq edib.

Sənədə əsasən, idmançılar himnlər səsləndirildikdən sonra 30 saniyəlik maskalarını çıxara bilərlər. Lakin hər idmançı mükafatlandırma mərasimində podiumda öz yerində durmalıdır. Medallarla şəkil çəkdirildikdən sonra onlar yenidən maskalarını geyinməlidirlər.

Beynəlxalq Olimpiya Komitəsi həmçinin gümüş və bürün medalçılara podiumun ən yüksək pilləsində birgə şəkil çəkdirməyə icazə verib. Lakin bu halda bütün idmançılar maskada olmalıdır.


Müəllif: Teleqraf.com