26 İyul 2021 08:05
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Teleqraf.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Makhmadbekovla (Tacikistan) görüşəcək.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.


Müəllif: Teleqraf.com