26 İyul 2021 23:55
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah “Tokio-2020” Yay Olimpiya Oyunlarının beşinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

Teleqraf.com xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər