29 İyul 2021 13:32
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gənc şahmatçısı, öz yaş qrupunda üç dəfə Azərbaycan çempionu, dünya üçüncüsü, məktəbli şahmatçıların dünya ikincisi və 20-dən çox turunirin qalibi Fərid Orucov Serbiyada təşkil edilmiş iki beynəlxalq turnirdə uğurla çıxış edib.

Teleqraf.com xəbər verir ki, gənc şahmatçı Serbiyanın Paracin şəhərində keçirilən turnirdə reytinq əmsalını 66.4, Sent şəhərindəki turnirdə isə 100.8 punkt artıraraq beynəlxalq reytinq əmsalını 2206-ya yüksəldib.

Bununla da 13 yaşlı Fərid Orucov yaşıdlarını reytinq əmsalında üstələyərək birinci sırada qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər