30 İyul 2021 13:50
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm".

Teleqraf.com xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.

30 yaşlı idmançı olimpiya mükafatçısı olduğunu anladıqda onun üçün hər şeyin dəyişdiyini söyləyib: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər