6 Noyabr 2014 22:50
906
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib. Teleqraf.com-un verdiyi xəbərə görə, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” da IV turda meydana çıxıb.

F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirib. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirib.

Azərbaycan çempionu 15-ci dəqiqədə Nikola Kaliniçin fərqlənməsindən sonra hesabda geri düşüb. 36-cı dəqiqədə Leroy Corc hesabda tarazlıq yaradıb və təmsilçimiz fasiləyə heç-heçə (1:1) ilə yollanıb. Təəssüf ki, “Qarabağ” qələbə topunu vura bilməyib və əvəzində, qonaqlar qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu adını tabloya yazdırıb.

Beləliklə, Bakıda “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşib.

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu Fransa “Sent-Etyen”inə qarşı keçirib. Ağdam klubu Bakıda “yaşıllar”la qolsuz heç-heçəyə razılaşıb. Səfərdə İtaliya “İnter”inə uduzan (2:0) komandamız yeganə qələbəsini “Dnepr” üzərində əldə edib.

22:50
Oyunun 36-cı dəqiqəsində "Qarabağ" hesabı bərabərləşdirməyə müvəffəq olub: 1-1. Leroy Corcun mükəmməl cərimə zərbəsi ilə cavab topunu "Dnepr"in qapısından keçirib.
21:15
"Dnepr"in hücumçusu matçın 15-ci dəqiqəsində Niko Kaliniçin qolu ilə hesabı açıb: 0-1.

21:00

Avropa Liqasının qrup mərhələsində növbəti turu start götürür.

Teleqraf.com xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək.

Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq. "Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər