Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.
1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə tamamlayıb.
Çempionlar Turu
1/4 final cütləri
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
Uesli So (ABŞ) - Jorden Van Forest (Niderland) (Niderland)
Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam)
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya)
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.