Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start verilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.
36 yaşlı qrossmeyster 1/4 final mərhələsinin ilk günündə rəqibinə uduzub. Şahmatçılar birinci oyunda sülhə razılaşıb. Aronyan II və III görüşdən qalib ayrılıb. IV görüşün nəticəsi isə əhəmiyyət daşımayacaq.
1/4 final görüşləri sabah davam edəcək. Məmmədyarov rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.