5 Avqust 22:56
270

Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirir.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır.

Oyun Larnaka şəhərindəki "AEK Arena"da keçirilir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alırlar.

AEL-in heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:1 (İkinci hissə)
Qol: Şepoviç, 69-pen. (1:0), Zubir, 90+3 (1:1)


Müəllif: Teleqraf.com