8 Avqust 2021 13:54
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salam, Azərbaycan. Budur, əlimdə dördüncü olimpiya medalımı tuturam. Təəssüf ki, bu, qızıl medal deyil.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.

50 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 33 yaşlı idmançı bildirib ki, bu, tarixi nailiyyətdir: "Bu, əzmkarlığın, 20 ildir çəkdiyim əziyyətin nəticəsidir. Yarımfinalda uduzanda çox pis oldum. Amma indi bürünc medalın dəyərini anlayıram və bunun üçün Tanrıya şükür edirəm".

Karyerası ilə bağlı da danışan Stadnik hazırda yalnız istirahəti düşündüyünü söyləyib: "Olimpiya oyunlarına hazırlıq çox ciddi psixoloji yükdür. Ən azı 2-3 ay lazımdır ki, özümə gəlim və qaldığım yerdən davam edə bilim".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər