8 Avqust 2021 15:07
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

Bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunur. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyacaq.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 3 gümüş, 4 bürünc medal əldə edib.


Müəllif: Teleqraf.com