Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” səfərdə HİK-lə qarşılaşacaq.
Bakıda 2:2 hesablı heç-heçə edən təmsilçimiz Avropa Liqasında qalmaq üçün qalib gəlməlidir.
Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının pley-offunda Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək. Məğlub komanda isə Konfrans Liqasının 3-cütəsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
12 avqust
Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0 (İkinci hissə)
Qollar: Riski, 46, 60,.90
Baş hakim: Dəniz Aytekin (Almaniya)
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2