14 Avqust 2021 12:56
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar müvafiq qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər