Teleqraf.com Anspress-ə istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda komandaya baş məşqçi axtarışları davam etdirilir: "İndi kimə salam verirsən deyir Azərbaycan yığmasına baş məşqçi gedirəm".
Xatırladaq ki, ötən il müqaviləsi yenilənmiş Berti Foqts Xorvatiyaya səfərdə 0:6-lıq məğlubiyyətdən sonra istefaya gedib. Hazırda komandamızı Mahmud Qurbanov çalışdırır.