Futbol üzrə Azərbaycan Premyer Liqasında l tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, günün son matçında son çempion "Neftçi" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissə qolsuz yekunlaşıb. 55-ci dəqiqədə meydan sahiblərinin heyətində Fəhmin Muradbəyli hesabı açıb. 67-ci dəqiqədə "qırmızı-qaralar"ın yeni transferi İsnik Alimi penaltini dəqiq yerinə yetirib.
76-cı dəqiqə isə "Neftçi"nin təcrübəli müdafiəçisi Voislav Stankoviç Emin Mahmudovun ötürməsindən sonra başla topu qapıdan keçirib. 84-cü dəqiqədə Ülvi İsgəndərov növbəti dəfə tarazlığı bərpa etməyə müvəffəq olub.
Qeyd edək ki, bu gün keçirilmiş "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1. İlk oyun günündə "Səbail" səfərdə "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə üstələyib.