"Aberdin"in idarə heyətinin sədri Deyv Kormak Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıdakı görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünü tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, stadionun ot örtüyünün fotolarını paylaşaraq yazıb:
"UEFA belə bir meydanda necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirməliyik!"
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Aberdin" matçı saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.