24 Avqust 2021 10:08
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçəcək.

Teleqraf.com-un məlumatına görə, tədbirdə 20 nəfər iştirak edəcək. Onlardan 13-ü idmançı, 7-si isə nümayəndə heyətinin üzvüdür.

Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.

Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com