Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Viyeyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, "Qarabağ" braziliyalı hücumçunun xidmətində maraqlıdır.
Ağdam klubu 25 yaşlı forvardın keçidi ilə bağlı II liqa təmsilçisinə təklif göndərib. "Şaveş"in oyunçunu 1 milyon avro təzminat məbləği qarşılığında buraxa biləcəyi vurğulanıb.
Qeyd edək ki, ölkəsinin "Atletiko Paranaense" klubunun yetirməsi olan Juninyo Viyeyra ötən mövsüm "Şaveş"in heyətində 11 oyuna 4 qol vurub.