Fransa qəzeti “Qarabağ” futbol klubu ilə bağlı yazısına görə üzr istəyib və səhvini aradan qaldırıb.
Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bu il noyabrın 6-da Fransanın "L'Equipe” qəzetində Azərbaycanın “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumat verilib. XİN bu məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycanın Fransadakı səfirliyinə təlimat verilib.
Səfirlik məsələ ilə bağlı qəzetin baş redaktoru Fabrice Jouhaudla müzakirə aparıb.
Qəzetin baş redaktoru F. Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edib. Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib, səhvin aradan götürüldüyünü bildirib.