Rusiyanın "Sports.ru" saytı Avroliqanın qrup mərhələsinin 4-cü turunda vurulan ən gözəl 5 qolu müəyyənləşdirib.
Seçilənlər arasında "Qarabağ"ın "Dnepr"ə cərimə zərbəsindən vurduğu qol da var.
Leroy Corcun standart vəziyyətdən yaxın küncü ustalıqla nişan alması ən gözəl üçüncü qol sayılıb. Ən yaxşı qol isə "Sevilya" - "Standard" matçında meydan sahiblərinin vurduğu seçilib. (anspress)