"Qalatasaray"dan ayrılan Radamel Falkaonun yeni klubu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını "Rayo Valyekano"da davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Falkao sentyabrın 1-i "Qalatasaray" müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.