5 Sentyabr 2021 19:14
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib.

Teleqraf.com xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb.

İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub.

Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər