7 Sentyabr 2021 23:56
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda intihara cəhd hadisəsi olub.

Teleqraf.com-un məlumatına görə, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb.

Gənc qadın (ad və soyad dəqiqləşdirilir-red) özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onun həyatını xilas edə bilib.

Vəziyyəti ağır olan qadının hansı səbəbdən intihar etmək istədiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com