12 Sentyabr 2021 21:18
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni yeniləyəcək.

Teleqraf.com xəbər verir ki, gənc hücumçu Kataloniya klubunun təklifini qəbul edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı gözlənilir. Fatinin "Barselona" ilə hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, İsapaniya millisinin də üzvü olan 18 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasında oynayır.


Müəllif: Teleqraf.com