17 Sentyabr 2021 00:43
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. "Qarabağ" bizə qarşı öz potensialını ortaya qoydu".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis qazandıqları bir xala görə razı olduğunu bildirib: "Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. "Qarabağ" çox güclü rəqibdir. Qrupda yalnız "Kayrat"la bağlı kifayət qədər məlumatım yoxdur. "Omoniya" ilə Kiprdə oynamaq çətin olacaq. "Qarabağ" 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram".

Rahmen nəticədən razı olduğunu söyləyib: "Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də "Qarabağ"ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər