18 Sentyabr 20:55

Türkiyənin "Qalatasaray" klubu qadın futbol komandası yaradıb.

Teleqraf.com xəbər verir ki, yeni komandanın təqdimatı Qalatasaray Liseyində olub. Tədbirdə İstanbul təmsilçisinin prezidenti Burak Elmas da iştirak edib.

Qeyd edək ki, Türkiyənin 3 böyül klubundan yalnız "Beşiktaş"ın qadın futbol komandası var idi. Ötən ay "Fənərbaxça" da qadınlardan ibarət komanda yaradıb.


Müəllif: Teleqraf.com