Sentyabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasında dördüncü turun mərkəzi qarşılaşması keçirilib.
Teleqraf.com xəbər verir ki, “Uembli” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Tottenhem” və “Çelsi” klubları üz-üzə gəlib.
Görüş “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tomas Tüxelin yetirmələrinin heyətində Tiaqo Silva, Nqola Kante və Antonio Rudiger fərqləniblər.
Bu qələbə sayəsində “Çelsi” xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Tottenhem” isə 9 xalla yeddinci yerdə qərarlaşıb.