21 Sentyabr 2021 23:38
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Siyasət Əsgərovun komandası Bakıda Danimarka yığmasını qəbul edib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 8:0.

Qeyd edək ki, ilk görüşdə Rusiyaya 0:2 hesabı ilə uduzan millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək.

21 sentyabr

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan – Danimarka – 0:8
Qollar: Signe Bruun, 3, 62, Stine Larsen, 11, 25, 60, Manə Mollayeva, 43 (ö.q), Mille Gejl, 75, Emma Snerl, 76

Baş hakim: Zuzana Valentova (Slovakiya)
Bakı. “ASK Arena”


Müəllif: Teleqraf.com