Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, Varşava təmsilçisi səfərdə aşağı liqa klubu “Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Emrelinin Polşa kubokunda ilk qoludur.