25 Sentyabr 19:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.

Teleqraf.com xəbər verir ki, komandalar meydana birgə pankartla çıxıblar.

Pankartda "Şanlı tarixi qanla yazanlar, sizi unutmadıq" yazılıb.

Daha sonra Dövlət Himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.


Müəllif: Teleqraf.com