Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.
Teleqraf.com-un məlumatına görə, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.
Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.
Çempionlar Turu
Final mərhələsi
II tur
Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa) - 1,5:2,5
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 3,5:2,5
Vladislav Artemyev (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1,5:2,5
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) - 2,5:0,5
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Maqnus Karlsen (Norveç) - 3:4
Xal durumu: Maqnus Karlsen - 19,5 xal, Uesli So - 15,5 xal, Levon Aronyan - 9 xal, Aniş Giri - 7,5 xal, Teymur Rəcəbov - 7 xal, Vladislav Artemyev - 5,5 xal, Hikaru Nakamura - 5 xal, Maksim Vaşye-Laqrav - 4,5 xal, Şəhriyar Məmmədyarov - 0,5 xal, Yan-Kşiştof Duda - 0.