12 Noyabr 2014 09:50
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin və "Arsenal”ın futbolçusu Məsut Özili atası Mustafa Özil məhkəməyə verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb keçən ilə kimi oğlunun meneceri olan ata Özilin pulunu almamasıdır.

Mustafa Özil məhkəmə vasitəsi ilə oğlundan menecerlik maaşı olaraq 600 min avro, reklam işləri üçün isə 30 min avro tələb edib. Pula görə ata ilə oğul arasında münasibətin yaxşı olmadığı iddia edilib.

Xatırladaq ki, hazırda Məsut Özilin meneceri qardaşı Mutlu Özildir.

Rüstəm


Müəllif: