9 Oktyabr 2021 20:34
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika millisinin kapitanı Eden Hazard yığmanın düşərgəsindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının Tvitter səhifəsi məlumat yayıb.

Fransa ilə görüşdə zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-cü yer Uğrunda İtaliya ilə keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub. Buna görə də Hazard klubu "Real"ın düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Belçika ilə İtaliya arasında 3-cülük uğrunda oyun sabah keçiriləcək.


Müəllif: Teleqraf.com