9 Oktyabr 2021 22:08
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan millisi İrlandiya yığmasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

İrlandiya yığmasının heyətində isə meydana Gevin Bazunu, Mett Doerti, Şeyn Daffi, Con İqan, Joş Kullen, Kallum Robinson, Adam İdah, Ceyms Makkleyn, Ceff Hendrik, Deril Horqan və Endryu Omobamidele çıxıblar.

Norveçli baş hakimi Espen Eskasın idarə etdiyi oyun İrlandiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib komandanın heyətində Kallum Robinson dubl edib, Çiedozie Oqbene isə fərqlənib.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.


Müəllif: Teleqraf.com