10 Oktyabr 2021 01:02
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalib gəlmək önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan millisi çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir.

Teleqraf.com xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına səfərdə 3:0 hesabı ilə qalib gələn İrlandiya millisinin baş məşqçisi Stiven Kenni oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi deyib: "İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə çox ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə vurduq. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".


Müəllif: Teleqraf.com