10 Oktyabr 2021 21:39
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı Norveçin paytaxtı Oslodakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb.

Teleqraf.com-un məlumatına görə, 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub. Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.


Müəllif: Teleqraf.com